Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Andrey Kovatçevin başçılıq etdiyi Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində müxtəlif siyasi partiyaları təmsil edən deputatlardan ibarət nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa ParlamentiAvropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 fevral.- S.  1.