Türkiyənin «SKY Türk» televiziya kanalında «Azərbaycan - Qafqazdakı Avropa» filmi nümayiş etdirilmişdir

 

Türkiyənin "SKY Türk" televiziya kanalında "Azərbaycan - Qafqazdakı Avropa" filmi nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş ikiseriyalı filmdə dövlətimizin başçısının müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilmiş təntənəli mərasimdəki nitqinə geniş yer verilmişdir. 

Tamaşaçılara bu dərin məzmunlu nitqdə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəniyyət sahəsində əldə etdiyi uğurlardan bəhs edən maraqlı süjet təqdim olunmuşdur.

Ekran əsərində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindən bəhs edən süjetlər verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin təbliği və mədəni irsimizin qorunması sahəsində gördüyü işlərdən bəhs etmişlər.

Filmdə görkəmli ictimai xadimlər, elm, mədəniyyət nümayəndələri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Mahmud Kərimov, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik  Ziyad Səmədzadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev və türkiyəli adamı Ümit İnanç ölkəmizi balanslaşdırılmış, dinamik siyasəti ilə regionun lider dövlətinə çevirmiş, dünya siyasət arenasında söz sahibi kimi tanıtmış Prezident İlham Əliyev haqqında fikir və düşüncələrini söyləmişlər.

"SKY Türk"ün nümayiş etdirdiyi filmdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerjikommunikasiya layihələri, Bakıda aparılan abadlıq və quruculuq işləri, Heydər Əliyev Mərkəzi, "Alov qüllələri", "Eurovision-2012" mahnı müsabiqəsi üçün tikilən möhtəşəm konsert salonubaşqa obyektlər, ölkəmizin Türkiyə və digər ölkələrə qoyduğu sərmayələr, qədim muğam sənətimizlə bağlı süjetlər də yer almışdır.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2012.-21 fevral.- S.  1.