«Hamımız
Xocalıdanıq» adlı yeni sənədli
film çəkilmişdir
"TRT"-nin Bakı Təmsilçiliyi "Hamımız Xocalıdanıq" adlı yeni sənədli film hazırlamışdır.
"TRT"-nin Bakı təmsilçiliyindən AzərTAc-a bildirmişlər ki, XX əsrin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin əsl simasını göstərən bu sənədli filmdə, Xocalı sakinlərinin yaşadıqları faciədən, onların arzu və istəklərindən bəhs edilir.
"TRT"-nin Bakı təmsilçisi Yüksel Değercan filmin Xocalı qətliamının 20 illiyinə həsr edildiyini bildirmişdir. O, dünyaya demokratiya dərsi verən ölkələrin Xocalı soyqırımına biganə qaldığını, amma bir gün bu səhvi başa düşəcəklərini vurğulamışdır.
"Hamımız Xocalıdanıq" sənədli filmi fevralın 21-də saat 13.05- də Türkiyənin "TRT AVAZ" televiziya kanalı ilə yayımlanacaqdır. Filmin təkrarı isə fevralın 26-da saat 08.40-da ekranlara çıxacaqdır.
Qeyd edək ki,
Türkiyənin "TRT 1", "TRT Haber",
"TRT Türk" və "TRT
AVAZ" televiziya kanallarında Xocalı soyqırımının
20 illiyi ilə
bağlı silsilə verilişlər yayımlanacaqdır. Bu televiziya kanalları
vasitəsilə erməni vəhşiliyi bir
daha Türkiyəyə və dünyaya təqdim
ediləcəkdir.
Azərbaycan.- 2012.-21 fevral.- S. 5.