Küveyt Universitetində açılmış beynəlxalq sərginin Azərbaycan guşəsində nümayiş etdirilən eksponatlar böyük maraqla qarşılanmışdır

 

 Fevralın 19-da Küveytin İraq işğalından azad olunmasının 21-ci ildönümü münasibətilə Küveyt Universitetində "Dostlarqardaşlar" adlı beynəlxalq sərgi işə başlamışdır.

Ölkəmizin Küveytdəki səfirliyindən bildirmişlər ki, sərgidə Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə, ABŞ, İspaniya, İtaliya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, TunisUkrayna da təmsil olunur.

Sərginin Azərbaycan guşəsində səfirliyimiz tərəfindən nümayiş etdirilən ekspozisiyada ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, o cümlədən məşhur xalçaçılıq məktəbi, ləziz mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, ölkədə həyata keçirilən demokratik islahatlar, böyük turizm potensialı barədə ətraflı məlumatlar fotoşəkillər və videofilm, həmçinin mətbu məhsullar, sənətkarlarımızın əl işləri və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim edilir.

Beynəlxalq sərginin Azərbaycan guşəsində nümayiş etdirilən eksponatlar tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Sərginin işində yaxından və yüksək səviyyədə iştirak etdiklərinə görə Azərbaycanın Küveytdəki səfiri və səfirliyin əməkdaşları təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.

Sərgi çərçivəsində geniş tamaşaçı kütləsinə malik "Əl-Sabah"  televiziya kanalına Azərbaycanın tarixi, mədəniyyəti, həmçinin müasir inkişafı ilə bağlı müsahibə verilmişdir.

Sərgi üç gün davam edəcəkdir.

 

AzərTAc

 

Azərbaycan.- 2012.-21 fevral.- S.  7.