Soluna Samay:
Bakıda keçiriləcək «Eurovision»
mahnı müsabiqəsi mənim üçün
unudulmaz təcrübə olacaqdır
Danimarkanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək Soluna Samay Azərbaycan ilə bağlı fikirlərini bölüşmüşdür.
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, Danimarka təmsilçisi Azərbaycanda vaxtını mənalı keçirəcəyini demişdir. Gənc xanım müğənni bildirmişdir ki, Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak mənim üçün unudulmaz təcrübə olacaqdır. Ümid edirəm ki, digər ölkələrin təmsilçiləri ilə görüşmək və vaxtımı gözəl keçirmək imkanı qazanacağam. Azərbaycanda heç zaman olmamışam. Odur ki, həqiqətən də, yeni mədəniyyətlə tanış olacağıma inanıram.
Səyahət etməyi sevən Soluna Samay Qvatemalada
doğulmuşdur. On yaşından
Danimarkada yaşayır.
Mayın
22-də birinci yarımfinalda
Bakı səhnəsinə
çıxacaq Soluna Samay şouda "Should've
Known Better" mahnısını ifa edəcəkdir.
Azərbaycan.- 2012.- 21 fevral.- S. 7.