S.S.Xəlilovun
«Şöhrət» ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Səlahəddin Sədrəddin oğlu Xəlilov "Şöhrət" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 22 fevral.- S. 1.