M.H.Seyidovun 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Mirkazım Heydər oğlu Seyidov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 fevral.- S. 1.