H.C.Rüstəmova
«Əməkdar mühəndis» fəxri adı verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Rüstəmov Hidayət Cahangir oğluna "Əməkdar mühəndis" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 fevral 2012-ci il
Azərbaycan.- 2012.-22 fevral.- S. 1.