Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır

 

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır.

Komissiyanın sədri Volkan Bozkır bu bəyanatın bütün komissiya üzvləri tərəfindən yekdilliklə imzalandığını bildirmişdir.

Bəyanatda deyilir: "Xocalı bəşəriyyət tarixinə Ermənistanın yazdığı qara səhifədir. Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən planlı olaraq törədilmiş qətliamda 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 Azərbaycan türkü işgəncə ilə qətlə yetirilmiş, 1275 nəfər ermənilər tərəfindən əsir alınmış, 150 nəfər isə itkin düşmüşdür.

Xocalıda baş verənlər insanlığa qarşı cinayətdir. Türk milləti Azərbaycan türklərinə qarşı törədilmiş bu qətliamın acılarını ürəyində hiss edirbu qətliamı qınayır.

Xocalı qətliamı insanlığın bu gün və gələcəkdə dərs alması və indiyədək göstərilən etirazlar işığında vicdanları sorğulayan bir hadisədir.

Bu qətliamın qurbanlarının çəkdikləri acıların bütün dünya xalqları tərəfindən hiss edilməsi lazımdır. Türkiyə ən təməl insan haqları və vicdan dəyərləri yox sayan belə bir hüquqazidd hərəkətlərin öyrənilməsi və günahkarların ədalət qarşısında cavab verməsi istiqamətində Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəkdir".

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2012.- 23 fevral.- S.  1.