«Eurovision-2012» müsabiqəsinə dəstək məqsədilə yaradılmış yeni elektron resursun təqdimatı olmuşdur

 

Fevralın 22-də "Ann.az" xəbər portalının ofisində Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə informasiya dəstəyi vermək məqsədilə yaradılmış www.eurovision.ann.az səhifəsinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, "ann.az" saytının rus bölməsinin redaktoru Nailə Bağırova yeni səhifənin Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcəyini bildirmişdir. Qeyd etmişdir ki, yeni elektron resursun əsas məqsədi "Eurovision-2012" müsabiqəsi ilə əlaqədar ölkə və dünya ictimaiyyətinə maksimum informasiya çatdırmaqdır.

Vurğulanmışdır ki, səhifə üçün məlumat mənbələri müsabiqənin Azərbaycanda rəsmi saytı olan eurovision.az, eurovision.tv EBU səhifəsi, həmçinin yerli və xarici portallardır.

 

 

Azərbaycan.- 2012.-23 fevral.- S.  7.