Roman Lob: Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm

 

 May ayında Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, bu sözləri Almaniyanın "Eurovision-2012"  mahnı müsabiqəsində təmsilçisi Roman Lob demişdir. Müğənni fərqli mədəniyyətlərlə və insanlarla yeni tanışlığın ona xüsusi zövq verdiyini bildirmişdir.

"Baku Crystal Hall"da ifa edəcəyi mahnını hər kəsə sevdirəcəyinə inanan Roman Lob Almaniyanın milli finalında qalibiyyətin ona xoş hisslər yaşatdığını dilə gətirmişdir.

Roman Lob Bakıda keçiriləcək 57-ci "Eurovision" yarışmasında Almaniyanı "Standing Still" mahnısı ilə təmsil edəcəkdir.

 

 

Azərbaycan.- 2012.-23 fevral.- S.  7.