«Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli
fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qaçqınların və məcburi
köçkünlərin sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı həyata
keçirilən tədbirlərin vaxtında icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanında
aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə "10 561 304,0"
rəqəmləri "10 751 304,0" rəqəmləri ilə
əvəz edilsin;
2. 3-cü hissədəki cədvəlin
3.1-ci bəndində "110
000,0" rəqəmləri "300 000,0" rəqəmləri
ilə və xərclərin məbləğinin cəmi
göstərilən sətirdə "10 561 304" rəqəmləri
"10 751 304,0" rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 9 fevral.- S. 1.