Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 345, № 9, maddə 542; 2001, № 7, maddə 456, № 9, maddə 593; 2002, № 7, maddə 412, № 8, maddə 480; 2003, № 6, maddə 290, № 10, maddə 585; 2004, № 1, maddə 19, № 7, maddə 537; 2005, № 2, maddə 69, № 7, maddə 597; 2006, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; 2008, № 5, maddə 373, № 6, maddə 498, № 8, maddələr 715, 719; 2009, № 2, maddə 64; 2010, № 8, maddə 724; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinin 2-ci hissəsinin 3-cü bəndində “notariat işlərini görür” sözləri “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il.

 

Azərbaycan.- 2012.- 9 fevral.- S. 2