Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin mərkəzi aparatında şöbə (idarə, katiblik, kafedra) rəhbərləri, onların müavinləri, elmi katiblər, Akademiyanın Naxçıvan Bölməsində şöbə (idarə) rəhbərləri, elmi katiblər, Akademiyanın regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katibləri;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il.

 

Azərbaycan.- 2012.- 9 fevral.- S. 2.