İran İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident!
İran İslam Respublikasının milli bayramı - İslam İnqilabı Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq, mehriban qonşuluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2012-ci il
Azərbaycan.- 2012.- 11 fevral.- S. 1.