«Öz məşəlini alovlandır!»

 

"Həftəlik Bakı" layihəsi eurovision.tv saytında

 

İnternet istifadəçiləri "Eurovision-2012" mahnı yarışmasının ev sahibi Bakının maraqlı görüntülərini müsabiqənin eurovision.tv rəsmi internet saytında izləyə bilərlər.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, səhifədə "Eurovision-2012"nin işçi qrupunun hazırladığı "Həftəlik Bakı" layihəsi çərçivəsində paytaxtın sosial-mədəni həyatı ilə bağlı silsilə fotoreportajlar yerləşdirilir. Layihəyə artıq üç həftədir başlanılmışdır.

Növbəti həftəlik fotolar arasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından, "ÜNS" Teatrının səhnəsindəki tamaşalardan, həmçinin Bakıda "Eurovision-2012"nin rəmzi açarının təqdim edilməsi və püşkatma mərasimlərindən fotolar yer almışdır.

 

 

Azərbaycan.- 2012.-3 fevral.- S.  7.