Nazirlər Kabineti daha bir neçə qərar qəbul etmişdir

 

Nazirlər Kabineti daha bir neçə qərar qəbul etmişdir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli fərmanının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti özünün 2007-ci il 15 may tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" özünün 2005-ci il 31 yanvar tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" özünün 1998-ci il 22 aprel tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Hər üç qərar yanvarın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli fərmanının 1-ci hissəsinə əsasən Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" özünün 2011-ci il 24 noyabr tarixli  qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Bu qərar yanvarın 26-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərar qəbul etmişdir.

Bu qərar 2011-ci il dekabrın 1-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında" qərar qəbul etmişdir.

Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən, Gənclər və İdman Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında" özünün 2006-cı il 14 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Bu qərar yanvarın 30-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 3 fevral.- S.  1.