Azərbaycan Prezidenti İlham Əliyevin
Almaniya Federativ Respublikasına işgüzar səfəri
Prezident İlham Əliyevin
Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə
görüşü
48-ci Münxen Təhlükəsizlik
Konfransında iştirak etmək üçün Almaniya Federativ
Respublikasında işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fevralın 3-də
Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə
görüşü olmuşdur.
Görüşdə
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı,
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında ölkəmizin rolu, Azərbaycan-Almaniya ikitərəfli
münasibətləri, regional və beynəlxalq məsələlərlə
bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 4 fevral.- S. 1.