Misir Ərəb Respublikası
Silahlı Qüvvələri Ali
Şurasının Sədri marşal Məhəmməd
Hüseyn Tantaviyə
Hörmətli cənab Tantavi!
Port-Səid şəhərindəki stadionda baş vermiş iğtişaşlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 fevral 2012-ci il
Azərbaycan.- 2012.-4 fevral.- S. 1.