İxtiraları ilə dünyanı heyrətə gətirən alim

 

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin 91 yaşı tamam olur

 

İdeyaları ilə dünya elmini zənginləşdirən, ixtiraları, nəzəriyyələri, axtarışları və yenilikləri ilə hamını heyrətə gətirən böyük alim, görkəmli şəxsiyyət Lütfi Zadənin adı artıq xeyli vaxtdır ki, dünya elminin nəhəngləri ilə bir sırada çəkilir. Bu gün dünya şöhrətli alimin 91 yaşı tamam olur.

Lütfi Zadə soyadı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur. Lütfi Bakıdakı 16 saylı məktəbə getmiş və 4 il bu təhsil ocağında oxumuşdur. İyirminci illərdə Azərbaycanda ictimai-siyasiiqtisadi vəziyyət gərgin olduğuna görə onların ailəsi 1931-ci ildə İrana köçmək məcburiyyətində qalmışdı. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olmuşdur. Lütfi 1942-ci ildə həmin universiteti uğurla bitirib, 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına üz tutmuşdur. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirmişdir.

L.Zadə 1949-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. Kolumbiya Universitetində 10 il işləyən Lütfi əvvəlcə professor köməkçisi, 1957-ci ildə isə professor vəzifələrini tutur. 1950-ci ildə onun ayrı-ayrı jurnallarda  kibernetikanın atası Norbert Vinerin  proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunur. Alimin 1952-ci ildə nəşr etdirdiyi elmi işi isə avtomatik idarəetmə sistemində çevirmə nəzəriyyəsinin əsasını qoyur. Daim qərar qəbul edən elektron idarəetmə avtomatın prinsipini 1950-ci ildə "ƏGƏR-ONDA" qaydalar əsasında quraraq təsvir edir. 1954-cü ildə L.Zadənin "Sistem nəzəriyyəsi" yaranır. Həmin illərdə dünya şöhrətli alim Norbert Viner nüfuzlu jurnal səhifələrində L.Zadənin elmi məqalələri ilə tanış oluronu gələcəyin böyük alimi kimi görür. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner L.Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. Lütfi Zadə Berkli Universitetində elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayır. 1963-cü ildən həmin şöbəyə rəhbərlik edirbundan sonra şöbənin adını dəyişdirərək "Elekrtik mühəndisliyi və kompyuter elmləri"  kafedrası adlandırır. Berkli Universiteti, "Elekrtik mühəndisliyi və kompyuter elmləri"  kafedrası onun bir alim kimi yetişib formalaşmasında  və inkişafında böyük rol oynayır.

Lütfi Zadə Berkli Universitetində işlədiyi dövrlərdə onun diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb etməyə başlayır. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul olur. Beləliklə, "Xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası" adlı müştərək elmi əsəri  meydana gəlir. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını təşkil edən yeni yanaşma metodu təklif edir. Bu metodun mərkəzində Lütfi Zadənin vəziyyətlər fəzası nəzəriyyəsi dayanır. 1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranır. Lütfi Zadə bu nəzəriyyəsini kəşf edəndən sonra onu Riçard Bellmana göstərmək qərarına gəlir. Onun Riçard Bellmanla birlikdə bir neçə elmi işi var idi və R.Bellmanın fikri Lütfi üçün çox önəmli idi. R.Bellmanın Lütfi Zadənin qeyri-səlis çoxluqlar  nəzəriyyəsinə fikri belə oldu: "Zənnimcə, sizin bu işiniz elmdə inqilaba bərabər bir işdir. Tədricən o, bütün elmlərə  yeni baxış formalaşdırıb çox şeyi kökündən dəyişdirəcək. Hətta insan fenomeni barəsində də təsəvvür yaranacaq". 1965-ci ildə azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradıldı. Bununla da dünya elm tarixində, kompyuter sahəsində böyük kəşflər edildi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: "...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti odur ki, mütləq heçyoxdur. Hər şey riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir". Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir. Bununla da dünyanın təsvir dili olan riyaziyyat ikiləşdi, nəticədə klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, qeyri-səlis hesab, qeyri-səlis cəbr, qeyri-səlis məntiq, qeyri-səlis topologiyas. yarandı.

Professor Lütfi Zadənin "Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı" (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı iki əsəri "Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi" (1950), "Z-çevirmə üsulunun yaradılması" (1952), "Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması" (1953), "Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması" (1956), Ç.A.Desoer ilə birlikdə yazdığı "Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası" (1963), R.E.Bellman ilə birlikdə yazdığı "Qeyri-səlislik şəraitində qərar qəbul etmək" (1970), "Linqvistik dəyişən və qeyri-səlis "əgər-onda" qaydalarının konsepsiyası" (1973), "Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi" (1978), "Təxmini mühakimə nəzəriyyəsi" (1979), "Sağlam düşüncəyə əsaslanan mühakim nəzəriyyəsi" (1985), "Dispozisiya məntiqi" (1988), "Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi" (1991), "Sözlə işləyən kompyuterlər nəzəriyyəsi" (1996), "Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi" (1997), "Təəssürat nəzəriyyəsi" (1998) dünya elminin inkişafında mühüm rol oynayır.

Lütfi Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan (Zadə sözünün baş hərfi) diskret və rəqəmli idarəetmə, informasiyakommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Alimin elmi xidmətlərindən birimüasir idarəetmə elminin əsasını təşkil edən vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin təklif olunmasıdır. Lütfi Zadənin son dövr təklif etdiyi nəzəriyyə rəqəmlə yox, sözlə işləyən kompyuter nəzəriyyəsidir. Bu cür maşınlarda informasiyanın qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər, cümlələr istifadə olunur. Belə kompyuterlərin ən adekvat modeli təxmini məntiqi qərarçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beynidir. Alimin hələlik təklif etdiyi son nəzəriyyə təəssürat nəzəriyyəsidir. Qeyri-səlis məntiq qəbul edilmiş qeyri-müəyyən informasiyanın əsasında nəticə çıxarma üsullarını verirsə, təəssürat nəzəriyyəsi ətraf aləm haqqında tez, dolğun və dəqiq ölçmə aparmadan informasiya almaq üsullarını təqdim edir. Bu nəzəriyyənin məqsədi insanda olan oxşar süni təəssürat sistemi yaratmaq prinsipləri və üsulları verməkdir.

Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O, həmçinin Milli Mühəndislik Akademiyasının,  Koreya ElmTexnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri xarici akademiki seçilmişdir.

O, bir çox ordenmedallarla təltif olunmuşdur: İEEE Educational Medalı (1973), İEEE Centennial Medalı (1984);  Honda Mükafatı (1989), Berkeley Citation (1991), İEEE Rişard Hamming Medalı (1992), Rufus Oldenburger Medalı (1993), İEEE Fəxri Medalı (1995), Bolzano Medalı (1997), Edvard Feigenbaum Medalı (1998), İEEE Milenium Medalı (2000), V.Kaufman Mükafatı və Gızıl Medalı (2004), Egleston Medalı (2007), Franklin Medalı (2009), "Dostluq" ordeni, Azərbaycan (2011).

Dünya şöhrətli alim 200-dən cox  elmi məqalənin müəllifi və 70-dən cox elmi jurnalın redaksiya heyətinin üzvüdür. Onun elmi tədqiqat işi ONR N00014-02-1-0294, Omron Grant, Tekes Grant, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin grantı (2008, 2011-2012), Azərbaycan Universitetinin grantı və UC Berkeley Universitetində Soft kompyutinq üzrə təşəbbüs (BİSC) proqramı grantları vasitəsilə dəstəklənmişdir.

Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən "Admiral Naximov" teploxodunda  avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur.

43 ildən sonra Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəvəti ilə  professor  Lütfi Zadə "BakuTel" beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgi və konfransında iştirak etmişdir. Bu, onun Bakıya ikinci səfəri idi (2008-ci il noyabrın 8-10-da). Səfər zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən dünya şöhrətli alim Prezident İlham Əliyev tərəfindən də qəbul edilmişdir. Görüşdə Lütfi Zadə Bakıya səfərindən və ölkə başçısı ilə görüşündən məmnunluğunu ifadə etmişdir. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söyləmiş, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, paytaxtda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğulamışdır. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin təzahürü kimi dəyərləndirmişdir.

4 fevral 2011-ci ildə Lütfi Zadənin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2011-ci il tarixli sərəncamına əsasən elm və texnologiyaların inkişafına verdiyi töhfələrə və  mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə (Lütfi Rəhim oglu Ələsgərzadə) "Dostluq" ordeni ilə təltif edilmişdir.

Lütfi Zadənin Prezident İlham Əliyevə ünvanladıgı minnətdarlıq məktubunda deyilir:

"Hörmətli Prezident İlham Əliyev!

Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Sizin apardığınız Qara Qızılın İnsan Qızılına çevrilməsi Doktrinası  Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşlara və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada təsir edirSizin Azərbaycanın gələcəyi ilə uzaqgörən  planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan  və məşhur  siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü Prezidenti var  bu da ölkədə yaşamaq üçün güclü sülh şəraitini yaradır; son bir neçə illər ərzində Sizin əldə etdiyiniz sosial sabitlikiqtisadi inkişaf  Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması üçün güclü platforma yaradıb".

2011-ci il fevralın 11-də  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə dünya şöhrətli alim, əslən azərbaycanlı Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmışdir. Mərasimdə Azərbaycanın elmi-pedaqoji müəssisələrinin alimləri, dövlət,  ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Həmin il martın 18-20-də ABŞ-ın Texas ştatının El Paso şəhərində L.Zadənin elmi yaradıcılığına həsr edilmiş möhtəşəm konfrans (North American Fuzzy İnformation Processing Society, 2011) kecirilmışdir. Konfransda dünyanın bütün ölkələrindən gələn görkəmli alimlər çıxışlar etmişlər. Burada Azərbaycan Respublikası RİTN tərəfindən hazırlanmış və  L. Zadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı videoçarx nümayiş etdirilmişdi. Yığıncaqda həmçinin Azərbaycan Respublikasında yeganə Impact factor "Applied and Computational Mathematics" elmi jurnalının Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı və yubileyi münasibətilə tərtib olunmuş təqvim iştirakçılara təqdim edilmişdi.

2011-ci il mayın 23-26-da isə ABŞ-ın Kaliforniya Ştatının San Francisco şəhərində azərbaycanlı alim professor Lütfi Zadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Yumşaq Hesablamalar üzrə Dünya Konfransı kecirildi. Konfransa dünyanın demək olar ki, bütün dövlətlərindən görkəmli alimlər gəlmişdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə L.Zadəyə "Dostluq" ordenini təqdim etmək məqsədilə Azərbaycanın elmi-pedaqoji müəssisələrinin alimləri, dövlət, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri də bu tədbirə qatılmışdılar.

Mayın 23-də konfransın qəbulu mərasimi kecirildi. Hər bir dovlətdən gələn nümayəndələr, alimlər L.Zadə ilə yaxından ünsiyyət saxlayaraq ona öz səmimi istək və arzularını bildirirdilər. Azərbaycanın nümayəndə heyəti də professor L.Zadəni ürəkdən təbrik edərək ona öz milli hədiyyələrini verdilər.

2011-ci il mayın 24-də konfransın acılışı oldu. Tədbiri professor Ronald Yager açaraq Lütfi Zadənin işlədiyi Berkeley Universitetinin dekanı Shankar Sastryyə söz verdi. O, professor L.Zadənin Berkeley Universiteti ücün gördüyü işlər haqqında geniş danışdı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011- ci il sərəncamına əsasən elm texnologiyaların inkişafına verdiyi töhfələr mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadəyə (Lütfi Rəhim oglu Ələsgərzadə) təltif etdiyi "Dostluq" ordenini Azərbaycan Respublikasının Prezidenti adından Rabitə İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov təqdim etdi.

Professor Lütfi Zadənin konfransda aldığı elmi nəticələr ilə "Z-sıra konsepsiyası - qeyri-müəyyən hesablamada yüksək səviyyəli ümumilik" mövzulu plenar cıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənildi.

23- 26 may 2011- cil il tarixində San Franciscoda keçirilən konfransda dünyanın bir cox ölkələrindən gələn görkəmli alimlər Ronald Yager,  James Bezdek, Madan Cupta, Janusz Kacprzyk, Jerri Mendel,  Rudilf Kruse, Vahid Behbood, Gloria Bordogna, Jozo Dujmovic, Üitold Pedrycz, Dimitar Filev, İldar Batırşin, Aşok Deşpante başqaları çıxış etdilər. Konfransda belə bir fikir səsləndi ki, hələ axırıncı onillikdə bu qədər görkəmli alimlər ordusunun iştirak etdiyi konfransa təsadüf edilməyib.

Professor Lütfi Zadənin 2011-ci ildə layiq görüldüyü orden medalları xüsusi qeyd etmək istədik: Soft Computing inkişafı fondu ücün Trust Fondunun medalı, Azərbaycan Respublikasının Prezidentinin 4 fevral 2011-ci il sərəncamına əsasən elm texnologiyaların inkişafına verdiyi töhfələrə   mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə "Dostluq" ordeni, konstruktor texnoloji elmlər cəmiyyətinin "Sürətlə inkişaf edən elm texnologiyada ruhlandırıcı görünüş" ücün  transdissiplinar  təltifi medalı ilə təltif edilmiş, AI Şöhrət Zalına (Hall of Fame) daxil edilmışdir.

Lütfi Zadə İEEE İntellektual Syztemlər jurnalının AIIntellektual Sistemlər ücün Şöhrət Zalı (AIIntelligent Systems Hall of Fame) siyahısına 2011-ci ilin avqust ayından daxil edilmişdir. 2010-cu ildə yaradılmış bu Şöhrət Zalı süni intellekt intellektual sistemlər sahəsində mühüm töhfələr vermiş ən erkən tədqiqatçılara minnətdarlıq hörmət əlaməti olaraq yaradılmışdır. Professor Lütfi Zadə həmçinin 2006-cı ildə Silikon Vadisi Mühəndislik Şöhrət Zalına Almaniyada Nixdorf kompyuterlər müzeyi siyahısına daxil edilmişdir.

Bu cox boyük uğurlardır bu  uğurlar münasibətilə bütün Azərbaycan xalqı professor Lütfi Zadəni ürəkdən təbrik edir onunla qürur duyur.

Bu gün 91  yaşını qeyd edən dünya şöhrətli azərbaycanlı alim professor Lütfi Zadə fundamental elmi nəticələri, nəzəriyyələri, ixtiraları, yenilikləri ilə xoşbəxt alimlərdəndir. O, şərəfli ziyalı ömrünün bu müdrik çağında da dünya elminə əvəzsiz töhfələr vermək uğrunda əzmlə çalışır. Bu yolda ona möhkəm cansağlığı, yeni-yeni elmi uğurlar arzulayırıq!

 

 

Şahnaz ŞAHBAZOVA,

Azərbaycan Texniki Universitetin dosenti,

Lütfi Zadə adına Azərbaycan Beynəlxalq

Müasir Elmlər Akademiyasının həqiqi üzvü

 

Azərbaycan.- 2012.-4 fevral.- S.  2.