«Azərbaycan
Respublikası ilə Gürcüstan
arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası tərəfindən yeni
tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli
1554 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 74, ¹ 6, maddə 424) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Namiq Əliyev - Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri" sözləri "Azər Hüseyn - Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin;
1.2. "Nazim İbrahimov - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 2.