Ölü
torpaqlara məzar qazılmır
Allah, bu torpağın kəsilib
başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa
qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur!
Ana torpaq dedik axı ona biz,
Yığışın, ay ellər,
anamız ölüb!
Bizə öz qoynunda yer verənimiz,
Ruzular yetirən dünyamız ölüb!
Yerlərə, göylərə sığmaz
bu günah,
Qatil özümüzük,
müsibətə bax!
Öləni torpağa gömərlər,
Allah,
Bəs ölmüş torpağı harda basdıraq?!
Şahmar ƏKBƏRZADƏ
Azərbaycan.- 2012.-26 fevral.- S.10.