Belə

 

Körpə gülüm, ləçəklərin

Niyə vaxtsız soldu belə?

Sinəndəki qızartılar

Lalə, yoxsa qandı belə?

 

Yağ qalmadı ürəklərdə,

Qəm yurd saldı diləklərdə,

Belə zülmə fələklər

Qan ağladı, yandı belə.

 

Öz evində-eşiyində

Dayanıblar "keşiyində",

Körpələrin beşiyində

İlk kəlməsi dondu belə.

 

Vətən üçün yanır ürək,

Bir can nədir əsirgəyək?

Gedənlərə rəhmət deyək

Qalanların andı belə.

 

 

Valeh RƏHİMLİ

 

Azərbaycan.- 2012.- 26 fevral.- S.10.