Estoniya Respublikasının Prezidenti
zati-aliləri cənab
Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident!
Əziz
dostum!
Estoniya Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza ən səmimi təbriklərimizi
və xoş arzularımızı yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı, əlaqələrimizin
əhatə dairəsinin
genişlənməsi yolunda
birgə səylərimizi
bundan sonra da müvəffəqiyyətlə
davam etdirəcəyik.
Belə
bir əlamətdar gündə, Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2012-ci il
Azərbaycan.- 2012.-24 fevral.- S. 1.