Prezident
İlham Əliyev: «Xocalı faciəsi erməni
millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan
xalqlarına qarşı apardığı
soyqırımı və etnik təmizləmə siyasətinin
qanlı səhifəsi idi»
Faciəyə
beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq
insanlıq və vətəndaşlıq
borcumuzdur
Xocalı
faciəsi iki yüz ilə yaxın bir müddət ərzində
erməni millətçilərinin və onların
havadarlarının xalqımıza qarşı
apardığı etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və qanlı səhifəsi
idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız
müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Xocalı faciəsindən
danışarkən ozamankı rəsmi Azərbaycan rəhbərliyinin
və ölkədə vəziyyətə ciddi təsir edən
siyasi qüvvələrin acizliyini, səriştəsizliyini,
xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək
lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən
qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd
etmiş, bu qanlı cinayət barədə beynəlxalq
ictimaiyyətə operativ və ətraflı məlumat vermək
üçün heç bir iş görməmişdi.
Ozamankı müxalifət isə faciədən xalqın
narazılıq dalğası üzərində hakimiyyətə
gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda
hökm sürən hərc-mərclik, hakimiyyətin
nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş
verməsinə şərait yaratdı.
1994-cü ildən ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycan
hökuməti və parlamenti erməni millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər,
o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri
bütün miqyası və dəhşətləri ilə
dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə
çatdırmaq, bunların soyqırımı siyasəti
kimi tanınmasına nail olmaq üçün inadlı və
ardıcıl fəaliyyət göstərir. Məqsəd
Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət
verilməsinə, onun təşkilatçılarının,
ideoloqlarının və icraçılarının dünya
ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına
nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin
və şəhidlərinin ruhu qarşısında bizim
insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən
isə insanlığa qarşı yönəlmiş bu
cür qəddar cinayətlərin gələcəkdə təkrar
olunmaması üçün mühüm şərtdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2004-cü
il
Azərbaycan.- 2012.- 26 fevral.- S.3.