Xocalı
soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə qərara alıram:
Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 fevral
1997-ci il
Azərbaycan.- 2012.- 24 fevral.- S.
3.