İsveçin «Metro» qəzetində Azərbaycan haqqında məqalə dərc edilmişdir

 

İsveçin həftəlik "Metro" qəzetində Azərbaycan cəmiyyətinin sədri Səttar Seviginin Azərbaycan haqqında "Buna görə sən Bakıya getməlisən" adlı məqaləsi dərc edilmişdir.

Məqalə Azərbaycanın "Eurovision-2012" müsabiqəsində təşkil edəcəyi möhtəşəm şounun şahidi olmaq istəyənlər üçün bələdçi rolunu oynayacaqdır.

Müəllif görməli qədim və orta əsr abidələrini, binaları, muzeyləri sadalayır, Bakının mərkəzində Xəzər dənizi sahili boyunca uzanan bulvarda gəzməyi məsləhət görür.

Məqalədə qeyd edilir ki, şəhər may ayında keçiriləcək mahnı müsabiqəsinə böyük həvəslə hazırlaşır.

Cəmiyyətin başçısı yazır ki, Azərbaycan tez-tez istər milli, istərsə də beynəlxalq səviyyələrdə musiqi festivalları təşkil etmişdir. Şəhər sakinləri qonaqpərvərlikləri ilə şöhrət qazanmışlar.

 

 

Azərbaycan.- 2012.-24 fevral.- S.  7.