Türkiyə təmsilçisinin «Eurovision-2012» müsabiqəsində ifa edəcəyi mahnının təqdimatı olmuşdur

 

 Türkiyənin "Eurovision-2012" müsabiqəsində təmsilçisi Can Bonomonun Bakı səhnəsində ifa edəcəyi mahnının təqdimatı olmuşdur. AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, ingilis dilində olan və "Love me back" adlanan mahnının sözləri və musiqisi Can Bonomonun özünə məxsusdur. Mahnı bir dənizçinin sevgisindən bəhs edir.

Mərasimdə Can Bonomo çox həyəcanlı olduğunu və mahnısının hər kəs tərəfindən bəyəniləcəyinə inandığını vurğulamışdır. O, Bakı səhnəsindəki şousuna xüsusi hazırlaşdığını və uğur qazanmaq üçün çox çalışacağını söyləmişdir.

 

 

Azərbaycan.- 2012.-24 fevral.- S.  8.