Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul etmişdir.

Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Andris Berzinşinkeçmiş Prezident Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin  müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olundu, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Andris Berzinşinkeçmiş Prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş Prezident Valdis Zatlersə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-25 fevral.- S.  1.