Küveyt Dövlətinin Əmiri əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

 

Əlahəzrət!

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Küveyt münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 yanvar 2012-ci il

 

Azərbaycan.- 2012.- 25 fevral.- S. 1.