Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹12, maddə 1224; 2009, ¹4, maddə 222, ¹12, maddə 988) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənddən ikinci və üçüncü cümlələr çıxarılsın.
2. 4.1-ci bənddən "2 il müddətinə" sözləri çıxarılsın.
3. 4.2.5-ci yarımbənd ləğv edilsin.
4. Aşağıdakı məzmunda 2.4.10-1-ci, 2.4.10-2-ci, 4.8.7-1-ci və 4.9.2-1-ci yarımbəndlər əlavə edilsin:
"2.4.10-1. müsabiqədənkənar fondun həcmini, istifadə qaydalarını və şərtlərini müəyyən edir;
2.4.10-2. beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırır;
4.8.7-1. Şuranın formalaşdırılması üçün qeyri-hökumət təşkilatlarının qrupları tərəfindən namizədlərin irəli sürülməsini təşkil edir;
4.9.2-1. Şuranın fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam verir;".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 fevral 2012-ci il
Azərbaycan.- 2012.-25 fevral.- S. 1.