Müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Fevralın 28-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Müdafiə Sənayesi Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Nümayəndə heyətinin başçısı Yulian Fota görüşə görə minnətdarlığını bildirmişdir.

Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 29 fevral.- S. 5.