Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması sürətlənir

  

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il fevrlaın 10-da "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestrinin tərtibi aparılması zamanı qabaqcıl dünya təcrübəsindən istifadə olunmasının zəruriliyi qeyd edilir.

Sözügedən fərmanlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində Azərbaycanda elektron xidmətlər sahəsində daşınmaz əmlak sektorunda həyata keçirilən ən mühüm layihələrdən biri - Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması üzrə görülən işlərlə əlaqədar təqdimat keçirilib. Tədbirdə ünvan reyestrinin mahiyyəti, Dünya Bankının daşınmaz əmlakın qeydiyyatı layihəsindəki müvafiq fəaliyyətlərin koordinasiyası, elektron xidmətlərin göstərilməsində digər dövlət informasiya sistemləri məlumat bazaları ilə informasiya mübadiləsi  məsələləri müzakirə edilmişdir. Xatırladaq ki, layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanılması mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin vətəndaşların  istifadəsinə şəraitin yaradılmasıdır.

Təqdimatda tenderin qalibi olmuş Ünvan Reyestri İnformasiya Sisteminin təchizatçısı olan Koreyanın "SK C & C" Co.LTD şirkətinin nümayəndələri, qrant sazişi üzrə Norveç Danimarka mütəxəssisləri, Sumqayıt daşınmaz əmlakın kadastrı layihəsi üzrə podratçı Türkiyə şirkətinin, daşınmaz əmlakın qeydiyyatı kadastrı sistemini hazırlayacaq NETCAD Saybernet şirkətlərinin ekspertləri, həmçinin ünvan reyestri ilə əlaqədar aidiyyəti dövlət orqanlarının, o cümlədən Daxili İşlər, Vergilər, Ədliyyə, Fövqəladə Hallar, Rabitə İnformasiya Texnologiyaları, Səhiyyə nazirliklərinin, Şəhərsalma Arxitektura Komitəsinin, Bakı ŞİH-in   bir neçə bələdiyyənin nümayəndələri iştirak etmişlər.

Tədbirdə koreyalı digər xarici ekspertlər tərəfindən layihə çərçivəsində həyata keçiriləcək işlər, ünvan reyestrinin yaradılması aparılmasında Avropa standartları təcrübəsi, Azərbaycanda ünvan məlumatlarının mövcud vəziyyəti ilə bağlı maraqlı təqdimatlar olmuşdur. Açıq müzakirə şəklində keçən təqdimatda bildirilmişdir ki, Azərbaycanda yaradılacaq Ünvan Reyestri İnformasiya Sisteminin beynəlxalq standartlara qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa İttifaqının EURADIN layihəsi INSPIRE tövsiyələrindən istifadə edilir. Yaradılacaq ünvan reyestrinin məlumatlarının dövlət qeyri-hökumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə etməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında, onun regional ofislərində fəaliyyət göstərən ünvan reyestri üçün nəzərdə tutulan bütün məlumatları, komponentləri funksiyaları əhatə edən bu sistem komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq mərkəzləşdirilmiş formada texniki xidmət göstəriləcək mərkəzi məlumat bazasından istifadə ediləcək. Nəticə etibarilə bu məlumat bazası bütövlükdə Azərbaycanın bütün ünvanlarının saxlanılması üçün istifadə olunacaq. Belə ki, sistemin ümumi konsepsiyasına əsasən, Ünvan İnformasiya Sistemi mərkəzləşdirilmiş bir sistem kimi fəaliyyət göstərərək bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaradacaq. Bu imkan  dövlət informasiya-kommunikasiya xətləri ya internet xidmətləri vasitəsilə reallaşacaq. Bütün ünvan məlumatları ümumi mərkəzi məlumat bazasında saxlanılacaq proqramlar mərkəzi serverə yüklənərək oradan idarə olunacaq.

Ünvan  reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi dəyişdirilməsinin əsasları tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm ünvan-xəritə materialları şəklində saxlanılacaq.

Onu da qeyd edək ki, sistem ünvan məlumatlarının istifadəçilərə çatdırılmasını, eləcə Azərbaycanda mövcud olan digər elektron reyestrlərlə ünvan məlumatlarının elektron mübadiləsini təmin edəcək. Onun mühüm cəhətlərindən biri Azərbaycanda mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsidir.

Məlumat üçün bildirək ki, Azərbaycanda ünvan reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan Norveç hökumətləri arasında ünvan reyestrinin yaradılması məqsədi ilə qrant sazişi imzalanıb bu sazişə əsasən, il yarım ərzində  Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur.

 

 

 Azərbaycan.- 2012.- 29 fevral.- S.11.