Erməni etirafları

 

Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin-amanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşar ki, terrorun kökünü yerli-dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, soyqırımı da, dəhşətli fəlakətləri də törədənlərdən biri, ona ilham verəni məhz Ermənistan dövlətidir, erməni siyasətidir.

 

"Böyük Ermənistan" xəstəliyinə tutulmuş erməni faşistlərinin sabun köpüyünə bənzəyən niyyətlərinin puçluğunu göstərmək üçün tarixin çox dərin qatlarına baş vurmaq tələb olunmur. Əlimizdə olan tarixi sənədlərin, fakt və dəlillərin işığında, eləcə də erməni tarixçilərinin öz sözləri və etirafları ilə bəzi məsələləri bir daha təkrar etmək lazımdır.

Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin əsl vətəni olan "böyük Ermənistan" Kiçik Asiyadan, yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin araşdırmalarına görə Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar Ağbaba, Çuxur Sədd, Şərur mahallarına sonradan gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər məsafəni işğal ediblər". Başqa bir erməni tarixçisi K.Patkanyan isə "Yaxın Asiya tarixində Van yazıçılarının rolu" kitabında belə yazırdı: "Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdı. "Böyük Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır".

 

"Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin törətdikləri vəhşilikləri saymaqla bitəsi deyil. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini, nədənsə, etiraf etməkdən çəkinməyiblər. M.Nalbandyana məxsus fikirdir: "Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daim xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir". Elə yerinə yetmədiyi üçünvar olduqları gündən işğalla, qəddarlıqla, oğurluqla məşğuldurlar. Böyük rus şairi A.S.Puşkinin uzaqgörənliklə söylədiyi "sən kölə, sən oğru, sən ermənisən" fikri bu günözünü təsdiqləyir. Ermənilər onların varlıqlarına çevrilmiş bu müdrik fikri həmişə doğruldurlar - alçaq hərəkətlərlə, oğurluqla, qəddarlıqla, yaltaqlıqla, cilddən-cildə düşməklə, bir sözlə, onların portretini naxışlayan bir çox fikirləri təsdiqləməklə davam edirlər.

Hələ sovet dövründə SSRİ-də məşhurlaşan və Lenin haqqında çoxlu kitabların müəllifi kimi tanınan, Moskvada yaşayan erməni yazıçısı M.Şaqinyan hər dəfə İrəvanda olanda daşnakları başına toplayaraq onlara bir tövsiyəsini təkrar-təkrar verərdi: "Siz bələkdəki körpənizə mütləq bildirin ki, türk onun düşmənidir. Onların ərazisində torpaqlarımız var". Ermənilərin məşhur şairəsi Silva Kaputikyan daha irəli gedərək heç nədən çəkinmədən televiziya vasitəsilə əməl dostlarına müraciət edirdi: "böyük Ermənistan" yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan". Hətta başqa bir müsahibəsində: "türk öldürməyən erməni bizdən deyildir", - söyləyirdi. Milli qəhrəmanları Aşota həsr olunmuş bir əsərdə onun dilindən verilən sözlərə diqqət yetirək: "Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən onu tapdayanda rahat olacağam". Bu qanlı əməl həmişə erməni quldurlarının məqsədi olub. Silva Kaputikyan ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabartdı: "Sən türk öldürməkdən həmişə qürur duymalısan". Başqa bir şovinistləri - Artunyan isə "türk öldürməyən erməni öz əli ilə özünü öldürsün" deyirdi. Sovet dövründə yaşayıb-yaratmış, şəninə təriflər yağdırılan "xalqlar dostluğunun carçısı" adlandırılan H.Tumanyan isə öz hekayələrinin birində yuxusunda türk qadını görən erməninin dəli olmasını tərənnüm edirdi. Quruluşdan, dövrdən asılı olmayaraq, ermənilərin türklərə qarşı kini, nifrəti böyüməkdə davam edirdi. Dəfələrlə deyilmiş bir faktdır ki, bizimkilər uşaqlarını qorxutmaq üçün "xortdan gəldi", "xoxu gəldi" deyəndə qonşu nvardlar öz dığalarını evə çağırmaq üçün söylərdilər: "Bax, türk gəldi ha, səni aparar".

Ötən əsrin 80-ci illərində Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri türklərə qarşı türkürpədici müharibəyə çağırdı və bu münaqişə də məhz onlar tərəfindən törədildi. 1988-ci ildə şovinistlərin yaratdığı qara tufan nəticəsində soydaşlarımızın Ermənistan adlanan, amma əslində türklərin dədə-baba yurdu olan yerlərdən sürətlə, vəhşiliklə qovulması həyata keçirildi. Zori Balayanın planları baş tuturdu. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü, körpələr qurd-quşa yem oldu. Ermənilər bu qəlb dayandıran "mənzərələri" qəhqəhə və gülüşlə qarşıladılar. Bu azmış kimi, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan yuvarlayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirildi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrində boruya dolduraraq hər iki tərəfini bağladılar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəldilər.

1989-cu ildə erməni faşistləri öz televiziyalarında türkləri diri-diri yandırmaqlarından, başlarını kəsməklərindən, türk cocuğunu yabalara keçirməklərindən vəcdlə danışırdılar. Onlar hər bir ermənini bu yolla getməyə, türkləri öldürməyə, qəddarlıqla qətlə yetirməyə həvəsləndirirdilər. Bunu həm də onların qarşısında borc kimi qoyurdular.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. Bu soyqırımda 613 nəfər qətlə yetirildi. İndi o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda insanların ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın qanını damarında dondurur. Zori Balayanın internetdə yayımlanan türkürpədici məlumatları isə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması" adlı bir kitab yazıb. Oradakı bir məlumatı olduğu kimi oxuculara çatdırırıq (bəri başdan ürəyi zəif olanlara bu yazını oxumasını məsləhət görmürük. Çünki insan adlanan varlıq bu vəhşiliyə necə tab gətirə bilər?). Türkün qatı düşməni Zori Balayan etiraf edir: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtı ermənilər tərəfindən girov götürülmüşdür - F.X.) başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım. Türk uşağı yeddi dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuma görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı".

David Xeyriyan birisi (soyadının mənasına fikir verin - F.X.) "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı türk uşağının və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".

Belə bir mənzərəni təsəvvür etmək necə də çətindir. Heç faşistlərdən üzü bəri Yer üzü bu cür vəhşilik görməyib. "Yan"ların bu qara əməlini başqaları oxumurmu, eşitmirmi? Saymaqla, sadalamaqla qurtarmaq bilməyən bu qanlı faciələrin dəhşət və vəhşətlərin qüssəli tablosunu ancaq daşqəlblilər laqeydliklə seyr edə bilərlər. Kədər, nisgil, fəryad, inilti dolu olan bu faktların hər biri gerçəkdir. XIX əsrdə də, XX əsrdə də xalqımız, sözün əsl mənasında, soyqırımına məruz qaldı. Kulqe adlı xristian mənsubiyyətli bir araşdırmaçı çar Rusiyası dövründə tərtib etdiyi protokolda türklərin məruz qaldığı dəhşətli səhnələrin təsvirini verib. Diri-diri divara hörülən, kürəyinə samovar bağlanan, gözlərinin qarşısında körpələrinə sitəm edilən qadınların ağır halından yazıb. Bildirib ki, onu dəhşətə gətirən rəhmsiz insanların cinayət dolu əməlləridir. O, uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini təsvir edən şəkillər də çəkib. Erməni tarixçisi A.Lalayan öz quldurlarının türkürpədici əməllərindən bəhs edərək yazırdı: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirdilər. Onlar insanları - öz qurbanlarını eybəcər hala salırdılar". Daşnak Vahramın "qoçaqlığı" isə daha dəhşətlidir: "Mən heç nəyi nəzərə almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm. Uzun müddət bu daşların altından onların iniltisini eşitdikcə şadlığımdan nə edəcəyimi bilmirdim".

Ötən il erməni gəncləri ilə görüşündə Serj Sarkisyan belə bir ifadə işlətdi ki, biz üstümüzə düşən missiyanı yerinə yetirdik. O buna əsaslanırdı ki, Ermənistan türksüzləşdi, Azərbaycanın 20 faiz torpağını qamarladılar, Dağlıq Qarabağı tamamilə ələ keçirdilər və s. Görün, bu faşist xislətli ölkə başçısı öz yeniyetmələrini nəyə təhrik edirdi? "Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu da sizin borcunuzdur".

2012-ci il fevralın 26-da dünyanın əksər ölkələri Xocalı soyqırımının - Azərbaycan tarixinin qanlı səhifəsinin 20-ci ildönümünü qeyd etdi. Faşist Sarkisyan öz xislətinə sadiq qalaraq Xocalı ilə əlaqədar tükürpədici etirafını heç vicdan əzabı çəkmədən bəyan etdi. Karnegi fondunun saytında Tomas de Vaalın yerləşdirdiyi müsahibədə türk millətinin qatı düşməni, cinayətkar, törədilmiş bütün faciələrin baiskarlarından biri Sarkisyan söyləyib: "Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu".

İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan bacarardı. Çünki onun damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qaniçənin, türk düşməninin qanı axır. Onunla müsahibə aparan Tomas de Vaal söhbətarası etiraz edərək Dağlıq Qarabağın həm də azərbaycanlıların vətəni olduğunu bildirib. Sarkisyan yenə də özünəməxsus həyasızlıqla izi azdırmağa çalışıb: "Bilirsinizmi, bu, nisbi vətəndir..." Jurnalistin müsahibə zamanı vaxtilə, yəni sovet dövründə Serj Sarkisyanın azərbaycanlılarla dost olduğu halda onlara qarşı vuruşduğuna görə təəssüflənmədiyini soruşanda qatilin cavabı ermənilərin portretini olduğu kimi canlandırdı. Çörəyi dizinin üstündə olan bu namərdin dedikləri, əslində erməni faşizminin iç üzünü açırdı: "Xeyr, təəssüflənmirəm. Ona görə ki, bu cür sarsıntılar, hətta minlərlə adam qırılsa belə, zəruridir".

Doğrudan da tarixi arxivlərdə sənəd axtarmağa, nəyi isə sübut etməyə heç lüzum yoxdur. Yeni əsrimizdə ermənilərin öz etiraflarına diqqətlə fikir versək, onların soyqırımı törətməyə vərdiş etdikləri və bu dəhşətdən xəcalət çəkmədikləri bir daha aydınlaşar. Ötən əsrlərdə hansı daşnak hansı igid türkün, mərd ananın, günahsız körpənin başını kəsib, qoy Tanrı cəzasını versin. Bu gün isə faşistin ən dəhşətlisi -Serj sarkisyanlar dünyanın gözü qarşısındadır...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 29 fevral.-S.10.