2012-ci il yanvarın 25-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il yanvarın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 28 fevral.- S. 3.