Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva məşhur italiyalı dizayner
Toni Şervino ilə görüşmüşdür
Fevralın 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşhur italiyalı dizayner, "Ermanno Şervino" şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşmüşdür.
Görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan milli yığmasının idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılmışdır.
Birinci xanım Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirmişdir ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir.
Görüşə görə minnətdarlığını bildirən qonaq qeyd etmişdir ki, Azərbaycanın olimpiya komandasının formasının ən yüksək standartlara uyğun hazırlanması ilə bağlı əlindən gələni əsirgəməyəcək və bu işi rəhbərlik etdiyi mütəxəssislərlə birgə yüksək səviyyədə icra edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.-28 fevral.- S. 3.