Fransa Konstitusiya
Şurası Senatın qəbul etdiyi qondarma «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını
nəzərdə tutan qanunu
ləğv etmişdir
AzərTAc
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki,
fevralın 28-də Fransa Konstitusiya Şurası Senatın qəbul
etdiyi qondarma "erməni soyqırımı"nı inkar
edənlərin cəzalandırılmasını nəzərdə
tutan qanunu ləğv etmişdir.
Qanuna
Konstitusiya Şurasında baxılmasının təşəbbüsçülərindən
olan senator Jak Mezarın qərarın
açıqlanmasından sonra mətbuat konfransı təşkil
edəcəyi bildirilmişdir.
Xatırladaq
ki, qondarma "erməni soyqırımı"nın
inkarına görə cinayət məsuliyyətinin tətbiqi
barədə qanun layihəsini Prezident Nikola Sarkozinin də dəstəyi
ilə Fransa Senatı yanvarın 23-də təxminən səkkiz
saatlıq müzakirələrdən sonra qəbul etmişdi.
Qanunun qəbul
edilməsindən sonra Fransa Senatında bu qanunun ləğv
edilməsi məqsədi ilə Konstitusiya Şurasına
müraciət etmək üçün senator Jak Mezarın təşkilatçılığı
ilə 77 imza toplanmışdı. Lazım olan imza
sayını artıqlaması ilə əldə edən deputatlar
və senatorlar Fransa Konstitusiyasının 33-cü maddəsinə
və ifadə azadlığına zidd olduğu səbəbi
ilə qanunun ləğvini tələb etmişdilər.
Azərbaycan.- 2012.- 29 fevral.- S.5.