«Hamımız Xocalıdanıq» sənədli filmi nümayiş olunmuşdur
Fevralın
27-də Türkiyənin ölkəmizdəki səfirliyində
"TRT"nin Bakı təmsilçiliyi tərəfindən
hazırlanmış "Hamımız Xocalıdanıq"
sənədli filmi nümayiş olunmuşdur.
AzərTAc
xəbər verir ki, "TRT"nin Bakı təmsilçisi
Yüksel Değercan filmin Xocalı qətliamının 20-ci
ildönümünə həsr edildiyini bildirmişdir. O,
dünyaya demokratiya dərsi verən bir çox ölkələrin Xocalı
soyqırımına biganə qaldığını, lakin bir
gün bu səhvlərini başa düşəcəklərini
vurğulamışdır.
Sonra
film nümayiş olunmuşdur. XX əsrin ən vəhşi qətliamlarını
həyata keçirən ermənilərin əsl
simasını göstərən bu sənədli filmdə
Xocalı sakinlərinin yaşadıqları faciədən,
onların arzu və istəklərindən bəhs edilir. Ekran əsərində
Xocalıda soyqırımı aktının törədildiyini
ermənilərin özlərinin də etiraf etdiyi diqqətə
çatdırılmışdır. Bu hadisələrin
bilavasitə təşkilatçılarından olan üzdəniraq
erməni yazıçısı Zori Balayanın və
hazırda Livanda məskunlaşmış
yazıçı-jurnalist David Xerdiyanın Xocalı şəhərində
ermənilərin Azərbaycan türklərinə qarşı
həyata keçirdikləri soyqırımı
faktlarını əsərlərində fəxrlə
yazdıqları Türkiyə və dünyaya faktlarla təqdim
edilmişdir.
Türkiyənin
Azərbaycandakı səfiri Hulusi Kılıç
çıxışında bildirmişdir ki, Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı keçirilən tədbirlər haqq səsimizi
beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmışdır. Səfir qeyd etmişdir ki,
"Bir millət, iki dövlət" şüarı
Türkiyə və Azərbaycanda keçirilən
nümayişlərlə bir daha öz təsdiqini
tapmışdır. Bizim bizdən başqa dostumuzun
olmadığını bir daha gördük. Artıq
susmağın bir mənası yoxdur, biz də səsimizi
ucaldacağıq ki, dünya Xocalı qətliamını
görsün.
Diplomat
digər türkdilli dövlətlərin də Xocalı
soyqırımı ilə bağlı Azərbaycana dəstək
vermələrinin vacibliyini vurğulamışdır.
Tədbirdə
çıxış edən Milli Məclis Sədrinin
müavini Bahar Muradova diqqətə
çatdırmışdır ki, Azərbaycan öz
mövqeyini daha da möhkəmləndirməli və Türkiyə
ilə birlikdə dünyanın həqiqətləri görməsi
üçün səylə çalışmalıdır.
Yeni
Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov qeyd etmişdir
ki, Xocalı soyqırımının 20-ci ildönümü
ilə bağlı geniş tədbirlərin keçirilməsi
Azərbaycanda ermənilər tərəfindən vəhşicəsinə
törədilmiş Xocalı soyqırımının beynəlxalq
aləmdə tanıdılması istiqamətində atılan
ən əhəmiyyətli addımlardandır. Dünya
ictimaiyyətinin uzun müddət bu soyqırımına biganə
qaldığını vurğulayan Ə. Əhmədov
demişdir ki, Azərbaycan hökumətinin, dünyanın
müxtəlif yerlərində yaşayan azərbaycanlıların,
eyni zamanda, Türkiyənin birgə fəaliyyəti nəticəsində
bu biganəliyin buzu artıq sınmaqdadır.
YAP-ın
sədr müavini bildirmişdir ki, Bakıda, İstanbulun
Taksim meydanında təşkil olunan yürüşlər,
dünyanın ayrı-ayrı ölkələrində
keçirilən tədbirlər artıq beynəlxalq ictimaiyyətin
diqqətinin Xocalı soyqırımına yönəldiyini
göstərir. Artıq iki ölkənin parlamenti Xocalı
hadisələrini soyqırımı kimi qəbul etmişdir.
İnanırıq ki, bu il həyata keçirilən tədbirlər
nəticəsində Xocalı soyqırımını
tanımağa hazır olan ölkələrin sayı
artacaqdır. O demişdir ki,
Xocalı soyqırımının ildönümü ilə
bağlı keçirilən tədbirlər Türkiyə-Azərbaycan
birliyinin və qardaşlığının möhtəşəm
nümayişinə çevrilmişdir.
Digər
çıxış edənlər də 1992-ci il fevralın
25-dən 26-na keçən gecə törədilən
Xocalı qətliamını bəşəriyyətə
qarşı ağır cinayət kimi qiymətləndirmiş,
dünya birliyinin bu hadisələrə siyasi qiymət verməsinin
vacibliyini vurğulamışlar.
Tədbirdə
Milli Məclisin deputatları, işğal olunmuş
rayonların icra hakimiyyətlərinin
başçıları, ictimai-siyasi xadimlər və
KİV-lərin nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-
2012.- 28 fevral.- S.5.