Öndə Ali Baş Komandan gedirdi

 

Bakı heç zaman belə möhtəşəm yürüş görməmişdi!

Bu yürüşün önündə Ali Baş  Komandan İlham Əliyev gedirdi!

Bu yürüşü dəstəkləyən bütün Azərbaycan  xalqı, dünya azərbaycanlıları idi!

Bu ümumxalq yürüş erməni faşistləri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda insanlığa qarşı törədilən ən vəhşi və qəddar cinayətə, Xocalı soyqırımının 20 illiyinə  həsr olunmuşdu!

Hamı Xocalı qətliamının dünya tərəfindən tanınmasını tələb etmək üçün bir araya gəlmişdi!

 

Hamı kədərli və hüznlü görünürdü.

Hamı inamlı və güvənli görünürdü.

 

Üzlərdə hüzn və kədərlə yanaşı, müqəddəs bir nifrət, qəzəb, heyrət, etiraz və qətiyyət də açıq-aydın sezilirdi!

MÜQƏDDƏS NİFRƏT öz vətənini, torpağını sonsuz məhəbbətlə sevənləri yalnız azərbaycanlı, türk və müsəlman olduğuna görə xüsusi qəddarlıq və amansızlıqla 613 xocalılını, 63 nakam körpəni və uşağı, 106  zəif və köməksiz qadını alçaqcasına qətlə yetirənlərə, XX əsrin ən dəhşətli  soyqırımlarından birini törədən erməni faşistlərinə ünvanlanmışdı!

QƏZƏB sərsəm ideyalarla yaşayanlara, insanlığa qarşı cinayətləri məkrli şəkildə dəstəkləyənlərə, haqqı nahaqqa verərək ədaləti ayaq altda tapdalayanlara  tuşlanmışdı!

HEYRƏT lazım bildiyi vaxtda, hətta bir günün ərzində belə "icra mexanizmi" taparaq işə salan, 20 ildən çox müddətdə isə 4 qətnaməsinin yerinə yetirilməsində  acizlik göstərən millətlərin birləşdikləri təşkilata yönəlmişdi.

ETİRAZ sözü ilə əməli üst-üstə düşməyən, əlində alətə çevirdiyi ikili   standartlarla dinc dünyaya qan, ölüm, müharibə və fəlakət gətirən, demokratiya adı ilə ayrı-ayrı dövlətlərin milli sərvətlərini ələ keçirməyə çalışan və bu yolda   dünyanın neçə-neçə yerlərində Xocalı soyqırımı kimi cinayətlər törədən və belə  qətliamlara göz yuman dövlətlərə və qurumlara qarşı səslənirdi!

 

QƏTİYYƏT öz ifadəsini ümumxalq kədərinə qalib gəlməyi bacaran xalqın  birliyində və yekdilliyində tapmışdı!

 

Bu ümumxalq yürüşündə iqtidar, müxalifət, bitərəf  bölgüsü və cəbhələşməsi yox idi! Düşmənə qarşı vahid cəbhədə birləşən xalqın iradəsi hər şeyə üstün gəlmişdi! Bütün zümrələrin təmsilçiləri vardı: dövlət  məmurları, millət vəkilləri, elm adamları, təhsil işçiləri, qeyri-hökumət təşkilatları, müharibə veteranları və əlilləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, tələbələr və gənclər, ölümün pəncəsindən qurtarmış, sağ qalmış xocalılılar... Bir də soyqırımına məruz qalmış 613 nəfər xocalılı - adları, soyadları və yaşları göstərilən transparatlarla, intiqam tələb edən ruhları ilə!

Gənclərin çoxu üçün bu, ilk izdihamlı aksiya idi. Onların səsləndirdikləri çağırış və şüarlar da haqsızlığa qarşı idi:

 

"Şəhidlər ölməz, vətən bölünməz!"

"Xocalıya ədalət, erməniyə nifrət!"

"Dünya susur, tarix susmayacaq!"

 

Bu yürüş matəm yürüşü sayılsa da, əslində İRADƏ NÜMAYİŞİ yürüşü adlandırılmağa daha çox layiqdir!

Çünki yürüş iştirakçılarında:

 

ÜMİDSİZLİK görünmürdü! Bu, Azərbaycanın sürətli və davamlı inkişafından doğan tarixi gerçəklikdən qaynaqlanır. Azərbaycan daha ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin ilk illərindəki kimi zəif, xaosanarxiya girdabında çabalayan, iqtisadiyyatı böhran yaşayan dövlət deyil! Artıq onun büdcəsi 20 milyardı keçib, güclümodern ordusu var, Qafqazın ən güclü dövlətinə, söz sahibinə çevrilib!

ZƏİFLİK və GÜCSÜZLÜK azacıq da olsa belə sezilmirdi! Artıq Azərbaycan beynəlxalq qurum və təşkilatların üzvüdür, Avropanı enerji resursları ilə təmin edən ölkələrdən biridir! Azərbaycan dünyada nüfuz sahibinə çevrilib, 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik   Şurasına qeyri-daimi üzv seçilib!

TƏNHALIQ hissindən sıxılan da yox idi! Artıq dünya Xocalı həqiqətlərindən xəbər tutur, insanlığa qarşı yönəldilmiş bu qanlı cinayətin təşkilatçılarının icraçılarının ədalət mühakiməsinə cəlb olunması, qanunla cəzalandırılması yönümündəki səylərini dəstəkləyir!

Bir neçə il öncə dövlət başçısı cənab İlham Əliyev tərəfindən elan edilən "hücum diplomatiyası" öz bəhrəsini verməkdədir. Bu "qara yubiley" ərəfəsində dünyanın 50-dən çox ölkəsində Xocalı ilə bağlı aksiyalar keçirilib. Heydər Əliyev Fondu tərəfindən sistemli məqsədyönlü şəkildə aparılan "Xocalıya ədalət" kampaniyası bütün dünyanı bürümüşdür. 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını "insanlığa qarşı cinayət" kimi qiymətləndirib. Meksika Pakistan parlamentləri Xocalı qətliamını tanımaq barədə qərar qəbul edib. ABŞ-ın Texas ştatı Xocalıda insanlığa qarşı cinayət törədildiyini etiraf edib bu qırğını pisləyib. Bu ərəfədə Bosniya Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə "Dostluq parkı"nın Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı oldu, İstanbul şəhərində on minlərlə insanın iştirak etdiyi böyük aksiya keçirildi. Bütün Türkiyə mediası soyqırımı tədbirlərinə geniş yer ayırdı. Dünyanın bir çox ölkələrinin KİV-i bu cinayət barədə yazdı, insanlar məlumatlandırıldı.

Fevralın 26-da Bakıda baş tutan möhtəşəm ümumxalq yürüşü indiyədək görülən işlərin yekunu yox, yeni keyfiyyət mərhələsinə keçidin başlanğıcı sayılır!

İndiyə qədər ölkə daxilində xaricdə soyqırımının dünya ictimaiyyətinə qəbul etdirilməsi yönündə xeyli görülmüşdür. Belə ki, soyqırımı əməlini sübuta yetirəcək çoxsaylı faktlar araşdırılmış, zərərçəkmişlərin şahidlərin ifadələri toplanmış, xeyli miqdarda kitablar yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsadətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü ildə Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid zərərçəkmiş qismində dindirilmiş, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınmış, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Ölkə daxilində yaşayan xaricdə təhsil alan Azərbaycan gəncləri Xocalı həqiqətlərinin qəbul etdirilməsi uğrunda fəal hərəkata qoşulmuşlar. Onlar internet saytlarında, kütləvi aksiyalarda daim iştirak etməklə bu gərgin mübarizəyə töhfələrini verirlər.

Xocalı soyqırımının 20 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan etmişdir: "Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

Şübhə etmirik ki, növbəti yürüşlərdən biri tezliklə doğma Qarabağa, şəhid Xocalıya yön alacaqdır. Hansı formada keçirilməsindən asılı olmayaraq, həmin yürüşü dünyada sülhü ədaləti sevən, insanlığa qarşı soyqırımlarını qəbul etməyən, separatçılığın bütün formalarını rədd edən beynəlxalq qurum təşkilatlar, sağlam qüvvələr müdafiə edəcəklər.

Bu yürüş həm dünyada uzun müddət mövcud olmuş yalnız sivilizasiyaların qarşıdurmasına xidmət edən ikili standartların aradan qaldırıldığının nümayişi olacaqdır.

Şübhəsiz, həmin yürüşün önündə Ali Baş Komandanımız cənab İlham Əliyev gedəcəkdir!..

 

 

Azərbaycan.- 2012.- 28 fevral.- S.4.