Kanadanın General-Qubernatoru zati-aliləri
cənab Devid Constona
Hörmətli cənab General-Qubernator!
Ölkənizin milli bayramı - Kanada Günü münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Kanada arasındakı dostluq münasibətlərinin, qarşılıqlı
maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Kanada xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 1 iyul. - S. 1.