Azərbaycanın birinci xanımının adından Krans Montana Forumunun qadın iştirakçılarının şərəfinə nahar verilmişdir

 

İyunun 30-da Kiçik Karvansaradakı "İncəsənət bağı" mərkəzində Bakıda keçirilən Krans Montana Forumunun qadın iştirakçılarının şərəfinə Azərbaycanın birinci xanımının adından nahar verilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva naharda iştirak edən qonaqlarla görüşdü.

Nahardan sonra xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 2.