Türkiyə parlamenti Azərbaycanla təbii qaz satışı və tranzitinə dair sazişi ratifikasiya etmişdir

 

Türkiyə Böyük Millət Məclisinin iyunun 29-da keçirilmiş plenar iclasında "Türkiyə ilə Azərbaycan arasında Türkiyəyə  təbii qaz satışına və Azərbaycan təbii qazının  Türkiyə ərazisindən tranziti və daşınması üçün boru xəttinin inkişafı ilə bağlı beynəlxalq sazişin təsdiq olunmasının uyğun olduğuna dair qanun" layihəsi təsdiq olunmuşdur.

2011-ci ilin oktyabrında imzalanmış bu sənəd parlamentdə ratifikasiya olunduqdan sonra təsdiq üçün Türkiyə Prezidenti Abdullah Gülə göndərilmişdir.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.