Prezident İlham Əliyev
İranın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlət başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 5 iyul.- S. 1.