Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 145  Bakı şəhəri, 4 iyul 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"də dəyişiklik edilməsi haqqında

 

 "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il  9 aprel tarixli  606  nömrəli  fərmanının  1.1.2-ci  yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər  Kabineti  QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 165; 2002, ¹ 2, maddə 100; 2005, ¹ 9, maddə 858; 2006, ¹ 9, maddələr 821, 830; 2008, ¹ 2, maddə 130, ¹ 8, maddə 787) ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1-ci hissəsində on birinci abzasdan sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

 

"Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.".

 

 

Artur RASI-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.