Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 146
Bakı şəhəri, 4 iyul 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı
ilə təsdiq edilmiş "Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş işçilərə
sığortaedənin vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
"Dağınıq
skleroz xəstəliyinə tutulmuş şəxslərə
dövlət qayğısı haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 9 aprel tarixli
606 nömrəli fərmanının 1.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764;
2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə
661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə
58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821,
¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5,
maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə
853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8,
maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə
742; 2012, ¹ 2, maddə 180) ilə təsdiq edilmiş "Məcburi
dövlət sosial sığortası üzrə ödəmələrin
və əmək qabiliyyətini müvəqqəti itirmiş
işçilərə sığortaedənin vəsaiti
hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə"nin 62-ci hissəsinin
on üçüncü abzasında "olan"
sözündən sonra ", dağınıq skleroz xəstəliyinə
tutulmuş" sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 5 iyul.- S. 2.