Yeni dövlət standartı təsdiq edilmişdir

 

 Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə Turizm və Yerləşdirmə Vasitələrinin Xidmətləri Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS 730-2012 "Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər" dövlət standartını təsdiq etmişdir.

Komitənin mətbuat xidmətinə istinadən AzərTAc-ın yaydığı xəbərdə bildirilir ki, bu standart turist bələdçisi təlimləri və ixtisaslaşma proqramlarının təşkili üçün minimum tələbləri dəqiq müəyyənləşdirir. Standart nəinki Azərbaycan ərazisində sərbəst xidmətlərin hərəkətini asanlaşdırmaq cəhdlərini dəstəkləyir, eyni zamanda turizm xidmətlərinin keyfiyyətli təşkili üçün bölgələrə məxsus turist bələdçilərinin əhəmiyyətini də önə çəkir.

 

 

Azərbaycan.- 2012.- 5 iyul.- S. 3.