Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə
yardım etməyə hər zaman
hazırdır
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqların ləng getməsindən narahatıq.
AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompey regiona səfəri ərəfəsində "Armenpress" saytına müsahibəsində demişdir.
Aİ rəsmisi bildirmişdir ki, son günlər qoşunların təmas xəttində baş verən insidentlər haqqında məlumatlar bizi həyəcanlandırır. Münaqişənin hərbi gücdən istifadə etməklə həllinə nail olmaq mümkün deyildir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir.
Aİ prezidenti ATƏT-in Minsk qrupuna münaqişənin həllində kömək göstərmək niyyətində olduğunu da nəzərə çatdıraraq razılaşma əldə olunmasının məsuliyyətinin Ermənistan və Azərbaycanın üzərinə düşdüyünü bildirmişdir.
Avropa İttifaqı dəfələrlə ATƏT-in Minsk qrupunun işinə kömək edəcək etimad mühitinin yaradılmasına yardım etməyə hazırdır.
Avropa Parlamentinin bu
yaxınlarda qəbul etdiyi və tərəfləri
Aİ-nin xüsusi
nümayəndəsini Dağlıq Qarabağa
buraxmağa çağıran qətnaməsi
ilə bağlı sualı cavablandıran H.V.Rompey
bildirmişdir ki, bu sənəd heç bir formada Dağlıq
Qarabağın tanınması anlamına gəlmir. O qondarma "Dağlıq Qarabağ"
respublikasının təmsil etdiyi ittifaq tərəfindən
tanınmadığını bir daha diqqətə
çatdırmışdır.
Azərbaycan.- 2012.- 1 iyul.- S. 3.