Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Enrike Penya Nietoya

 

Hörmətli Enrike Penya Nieto!

 

Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Meksika dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 1.