Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 148  Bakı şəhəri, 4 iyul 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Açıq qapalı tipli  xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"də dəyişiklik edilməsi barədə

 

 "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 1674 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 5, maddə 250; 2005, ¹ 10, maddə 988; 2006, ¹ 3, maddə 307; 2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 11, maddə 1067) ilə təsdiq edilmiş "Açıq qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"nin 6.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"6.5. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək ya zəruri saydığı halda mütəxəssisin ya tərcüməçinin iştirakı ilə görüşmək söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə həmin şəxslərlə rəftara onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini nəticələrini protokollaşdırmaq, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 3.