Səfər başa çatdı

 

 Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 5-də başa çatmışdır.

Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 4.